Səpilmişəm yaddaşlara
Suyumu kəsən sevinir,Elə bilir səhradakıQovrulmuş qumlar kimiyəm.O binəva hardan bilsinİçimdən gur çaylar axır,Sulanmış şumlar kimiyəm.Nə ölənəm, nə itənəm,Hər yaz göyərib bitənəm.Səpilmişəm yaddaşlara,Sağlam toxumlar kimiyəm.
2007, 16 iyul
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sepilmisem-yaddaslara
← → düymələri ilə keçid, R — təsadüfi şeir