Cavan şair, qoca dağ
Qardaş kimi gəlmişəmqucağına, qoynuna,Elə bu istəklə dəqol salıram boynuna.Qoca dağ, vurulmuşamşimşəklərin oynuna,Zirvə qucan qartalın,kəklik ötən daşınam,Mən sənin qardaşınam.
Odumuz-suyumuz bir,əslimiz-soyumuz bir,Bir atanın oğluyuq,bir ananın övladı,qəddimiz, boyumuz bir.Sevincimiz, qəmimiz,yasımız, toyumuz bir,Keçmişin, gələcəyin,tarixinəm, yaşınam,Mən sənin qardaşınam.
Sən eşq ilə dolusan,mən də söhbətlə, sazla,Sən də, mən də bağlıyıqbu baharla, bu yazla.Oxuyuruq Allahınverdiyi bir avazla.Sən tutqun görünəndə,mən çatılan qaşınam,Mən sənin qardaşınam.
Cavan şair, qoca dağ,verib yenə baş-başa,Aydınlıq gəlir ömrə,gümrahlıq gəlir yaşa.Ayrılığın, həsrətinhaşa, əlindən haşa,Səninlə bir olandaTanrıya çatan səsin,ərşə dəyən başınam,Mən sənin qardaşınam.
2007, 12 iyul
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-cavan-sair-qoca-dag
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gözəllərin dərgahına uğradım,Birər-birər bəri varın, gözəllər.
Vay kim, mən oldum diyari-özgələr yari hənuzVay kim, mən oldum diyari-özgələr yari hənuz,Məndən ol fariğ vəleykin mən giriftari hənuz.
GörümBülbül kimi bu gülşənə gəlmişəm,Lalə görüm, sünbül gorüm, gül görüm.
Getdi qanalan yanına o şux həmdəmTutdu qanalan, bağladı möhkəm-möhkəm.