Ulusa səsləniş
Fərman padşahındı,dağlar bizimdi.DadaloğluSəni kim göndərdi qürbət ellərə,Səni kim ağlatdı, ay atam oğlu.Gözünü qapadı, dilini kəsdi,Qolunu bağlatdı, ay atam oğlu.Özülünü oydu, yerini qazdı,Himini laxlatdı, ay atam oğlu.Bizim başımızdan gəlib-keçənlərDemə ki, tək xaçdan, keşişdən keçib.Sıyır inadını, çək qılıncını,Heç vaxt söyləmə ki, iş işdən keçib.Nə qədər sürgünlər gördü gözlərin,Nəslini yeni bir sürgündən qoru.Özünü, sözünü, gələcəyiniBundan da dəhşətli bir gündən qoru.
Ruhunu, dilini, təfəkkürünüHiylədən, fitnədən, fəsaddan qoru.Zatını, kökünü, budaqlarınıQoru nakişidən, bədzatdan qoru!Günahı özgədə görməyə nə var,Ən böyük nöqsanı özündə axtar.Sultan Səlim ilə Şah XətaininSöyüşlə, nifrətlə, təhqirlə doluMəktubunda axtar, sözündə axtar.Millət olmayanı millət elədin,Dövlət olmayanı dövlət elədin.Bir gün fransıza, bir gün almana,Bir gün ingilisə sirrini verdin.Gəlməni özündən başa keçirdin,Bütün yersizlərə yerini verdin.Cümşüd məlikləri taxta çıxardıb,Məliklik vermisən dığalarına,Böyüklük vermisən çağalarına.İldırım da belə, Teymur da belə,Xaqan da, sultan da, əmir də belə,Xətai də belə, Səlim də belə.İçdi al-qanını qardaş qardaşın,Dərd də belə gəldi, ölüm də belə,Qan da belə gəldi, zülüm də belə.
Bugünkü Qarabağ faciəsininKökünü özümüz qoymamışıqmı?Tarixin çiyninə dağ boyda dərdinYükünü özümüz qoymamışıqmı?Dalbadal törənən faciələrdənBir ibrət götürüb dərs almadıqsa,Qatlaşıb millətin əziyyətinəAlından bir damla tər salmadıqsa,Dünyanın düz vaxtı əllərimizdənQarabağ getdisə, Şuşa getdisə,Uca Kəlbəcərdə, qoca LaçındaƏhdimiz, cəhdimiz boşa getdisə,Ayıq ol, sayıq ol, ay atam oğlu,Ölməyə layiq ol, ay atam oğlu.Bir də ehtiyatı vermə əlindən,Qurduğun saraylar dağıla bilər.Yeni Stalinlər çıxar meydana,Yeni Bağırovlar doğula bilər.Səni yağlı vədlər, yalan ümidlərTərif xumarında uyuda bilər.Ayılıb görərsən kəsib qapını,Qəfil otuz yeddi qayıda bilər.Yerdən də, göydən də əl-ayağınıBir anın içində soyuda bilər,Qəfil bəlalardan özünü gözlə!Köpək sürüləri yaman çoxalıb,Tazı-tulalardan özünü gözlə!Qoru sərvətini, qoru malını,Qoru dövlətini, istiqlalını!Şimal şaxtası var, şimal qarı var,Tayqadan, Uraldan özünü gözlə!Sibirdən, Araldan özünü gözlə!Qumlu səhralardan özünü gözlə!Batan gəmilərin çürüdü getdi,Qanlı dəryalardan özünü gözlə!Donu açılmayan, buzu sınmayanQarlı Sibirlərdən özünü gözlə!Taxtası çürüyən, ünvanı itənQərib qəbirlərdən özünü gözlə!!!
Ulu ataların ruhu çağırdı,Nə yaxşı mən gəldim bu Türküstana.
Aldı salamımı öz övladıtəkAlmata, Səmərqənd, Daşkənd, Astana.Vətən həsrətini, qürbət dərdiniKöçürdüm dəftərə, yazdım dastana.Bu əsər can aldı canımdan mənim,Onu ən ağrılı bir gündə yazdım.Qürbətdə başladı, Vətəndə bitdi,“Sürgün” dastanını sürgündə yazdım.
Bişkək–Bakı, 2009
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ulusa-seslenis
← → düymələri ilə keçid, R — təsadüfi şeir