Kitab çəmənindən gül dərə-dərə,Kitablara döndü alnımın təri.Bu gün də qaldırır məni göylərə,Müəllim atamın öyrətdikləri.

Gəzdi saçlarımda qayğıkeş bir əl,Ömrün ləzzətini o tamdan aldım.Əsl qiymətimi məktəbdən əvvəl,Doğma evimizdə atamdan aldım.

Uymadım ötəri görkəmə, dəbə,Elmə əsl sərvət, əsl zər dedim.Mən elə ilk gündən məktəbə Kəbə,Müəllim olana peyğəmbər dedim.

2010, 14 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar