Bu necə ömürdü, bu necə gündü,Köhləndən aralı, yəhərdən qaçaq.Meh başa həsrətdi, şeh də ayağa,Düşmüşük axşamdan, səhərdən qaçaq.

Hanı o gülyanaq, o gül dostlarım,Mənim can dostlarım, könül dostlarım.Yanağı kül olmuş, a kül dostlarım,Qaçaq bu tüstüdən, zəhərdən qaçaq.

Hərəmiz bir səmtə, bir yerə qaçdıq,Gah xeyrə qurşandıq, gah şərə qaçdıq.Kənddən baş götürüb şəhərə qaçdıq,Qorxuram indi də şəhərdən qaçaq.

2007, 2 noyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri