Qəzəllər
Gözlər yoruldu, harda qalıb bəs səhər, hanı?Qasid qayıtdı gəldi, Vətəndən xəbər hanı?Zülmət gecə yetər bu qədər nalə etdiyim,Bu nalənin özündə olan bir əsər hanı?Saqi, dayanma sarsılıram bir şərab ver!Hicran qəmindən odlu olan bir kədər hanı?Az gül sən ahu-zarıma, ey bivəfa təbib,Bəs vəd etdiyin mənə o vədələr hanı?Qanlar töküldü neçə dəfə etdik inqilab,Axır zəfər çalındı, soruş bəs zəfər hanı?Biz işlədik, biz əhdimizə eylədik vəfa,Lakin işin özündən elə bir səmər hanı?Soldu çəmən, tükəndi ömür, yandı el-oba,Artıq cavab vermək üçün bir nəfər hanı?
Dildə, ürəkdə bir də səni yad etmərəm,Bir də könül evin belə bərbad etmərəm.Getdin yolun uğurlu, geri dönmə bir daha.Bir də xəyalın ilə könül şad etmərəm.Heyhat, gör xəyalın ilə göz dikəm yola,Yox-yox bu dərdi qəlbimə icad etmərəm.Biganə etmişəm gözümü qanlı yaşlara,Sən tək vəfasızı daha naşad etmərəm.
Bir də gözüm o gözlərinə gər sataşsa, bilEşqin əlində ah ilə fəryad etmərəm,Bir də təbəssümün üzünə xor baxam əgər,Hicran qəmində hər gecə bidad etmərəm.Dərdin əlacını araram tək özüm, fəqət,Biganədən bu dərdimə imdad etmərəm.Eldə vəfalı tək tanınan qəm ərusuna,Sən tək vəfasızı daha damad etmərəm.Abad olan könül evini, öz əlimlə bil,Biganələrlə bir daha bərbad etmərəm.
Hər qədər səslədim yenə canan eşitmədi,Etdim yanında nalə və əfqan eşitmədi.Durdum yol üstə hər səhər-axşam görüm deyəDurdum həmişə sakiti pünhan eşitmədi.Yandım amandı, getmə, ayaq saxla bircə an,Mən daima dedim, o sa, bir an eşitmədi.Hicrin əlində odlu bulud tək çaxanda mənGöylər alışdı ol məhi taban eşitmədi.Hər dərdə var tabım, dözərəm vəslin eşqinə,Səd heyf arzumu acı hicran eşitmədi.İllər əlində sındı bu şümşad qamətimSındı, yıxıldı sərvü xuraman eşitmədi.Dostlar deyəndə sizdə çatışmır əməl və iş,Düşmən atanda şairə böhtan eşitmədi.Fəryad eylədim hanı azadlığım mənim?Səs düşdü hər yerə fəqət İran eşitmədi.
Təbrizə həsrət qalan bir şairi divanəyəm,Kaş gəzsin bircə gün ellərdə divanım mənim.Uçdu qəlbimdən bütün vəslin, vüsalın həsrəti,Onda ki, girdi qapımdan şəbi hicranım mənim.Sorma məndən bir daha aşiqlərin sevdasını,Yandırır bil sinəmi bir dərdi pünhanım mənim.Parla ey azadlığın nuru, gəl ey sübh ümidimBir əsirdir yadlara işıqlı dövranım mənim.Yandı şair onda ki, yandı könül, yandı bu can,Onda ki, düşmənlərə dost oldu cananım mənim.
Qışdan yoruldu qəlbim, kaş ki bahar olaydı,Göydən bulud köçəydi, gün aşkar olaydı.Baş qaldıraydı yerdən, güllər yenə çəməndə,Bülbüldə gülə qarşı min etibar olaydı.Yurdumun göylərində yanaydı min-min ulduz,Ay göyləri gəzən bir nazlı nigar olaydı.Ey kaş, səs verəydi bir də səsimə dağlarQuşlar köçüb gələydi, eldə bahar olaydı.Ey kaş, ney səsindən çöllər dilə gələydi,Dost məclisində şadlıq, toy bərqərar olaydı.Ey kaş, gözlərimdə bir də güləydi gözlər,Üzlər ələmdən ayrı bir gülüzar olaydı.Sus intizar qəlbim, dinlə, budur gələn var,Ey kaş, bu gəlişlə nazəndə yar olaydı.Təbriz olaydı, dostlar, bir məclisi şəbanaBir mən, bir yanan şam, bir Şəhriyar olaydı.
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-qezeller
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Könlüm elə pünhandır, keysulər arasında,Şanə gəzibən tapmaz yüz mulər arasında.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
OlacaqsanMən eylə bilirdim kı, mənə yar olacaqsan,Aləmdə məne yari-vəfadar olacaqsan,
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə