Mənliksiz yaşamaq bir mənlik deyil
Sevgidən alışmaq peşəmdir mənim,Nifrətdən danışmaq, o, – mənlik deyil.Çiçəyi açılmaz, arısı gəlməz,Kimin ki ürəyi çəmənlik deyil.
Zaman çal eylədi qara saçımı,Tanrı bağışlasın, varsa, suçumu.Paxıllıq qurd kimi yesə içimi,Daha o, mənlikdi, düşmənlik deyil.
Dolu sünbülü var, yetkin dəni var,Həm nurlu sabahı, həm dünəni var.Əsl kişilərin böyük “mən”i var,Mənliksiz yaşamaq bir mənlik deyil.
2000, 24 mart
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-menliksiz-yasamaq-bir-menlik-deyil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Əcəb gözəl yetirib gərdişi-zəmanə səni,Zəmanəmizdə sanır xəlqimiz yeganə səni.
Uşaq və dənizGün çıxır, od tutub yanır üfüqlər,Dəniz də qızınır göyün odundan.
Anbardara xitabXuda rəhm etdi, nazil oldu rəhmət:Yağış yağdı, işıqlandı ziraət.
Billah, ey sərvi rəvan, durgil səhər, gül şən degülBillah, ey sərvi rəvan, durgil səhər, gül şən degül,Gün yüzün şəmi önündə ta gülə gülşəndə gül.