Qışın gəlişindən özünü gözlə,Qar-boran üstünü tez basa bilər.Ayaz qılınc çəkər, şaxta qan salar,Üşüyən qəlbini buz basa bilər.

Yayın gəlişinə gör ehtiyatı,Od-alov bağrına köz basa bilər.Qoru varlığını tozdan-dumandan,Hissini, duyğunu toz basa bilər.

2002, 3 aprelATAMIN MƏZARl BAŞINDA

Ruhumda bir günəşin var,Nuruna qurban olduğum.Qəlbimdə bir atəşin var,Qoruna qurban olduğum.

Damarımda qan dediyim,Dərdimə dərman dediyim,“Can” sözünə can dediyim,“Çor”una qurban olduğum.

Görür gözüm, kor deyil ki,Sevgin şahdı, zor deyil ki,Sən yatan yer gor deyil ki,Goruna qurban olduğum.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri