Olmasın
Meh tərpənmir, külək əsmir,Dalğa sahilə tələsmir,Dəniz yatır ölü kimi.Dəniz bu gün gözlərimdə,Əsarətin qulu kimi.Tanrım, güc ver, qoy yaşasın,Canlılar cansız olmasın.Həyat bir gün hərəkətsiz,Dəniz tufansız olmasın!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-olmasin
← → düymələri ilə keçid, R — təsadüfi şeir