Sevincə etibar yoxdur,Ömrü bir an qədər imiş.Hər gülüşün, təbəssümünAxırı bir xətər imiş.

Biz dördəlli tutduq onu,Uddu yenə udduğunu.Dünya tutur tutduğunu,Sızıldamaq hədər imiş.

Həyat səssiz-küysüz ötməz,Sirlərinlə xəyal yetməz.Demək, yoxdur gələr, getməz,Gələn bir gün gedər imiş.

Dərd dondurar, buz kimidir,Yara üstdə duz kimidir.Sevinc şıltaq qız kimidir,Mənim dostum kədər imiş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri