Ömrümüzdə güllü fəsil başlanır,Gözlərimiz gözəl yaza baxanda.Çiçəklərin bir-birinə göz vurub,Eylədiyi şirin naza baxanda.

Sərt ağrılar qəlbimizə tuşlanır,Bostanımız yavaş-yavaş daşlanır,Ömrümüzdə qəmli fəsil başlanır,Kövrək-kövrək bir payıza baxanda.

2004, 21 oktyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar