Yaşayırıq ağrıları,Dərdlə dərman arasında.Gecə bizə divan tutur,Axşamla dan arasında.Can doysa da, könül doymur,Gecə-gündüz çaxnaşma var,Ürəklə can arasında.Vuruşur, əlləşir həkim,Damarla qan arasında.Savaş gedir, döyüş gedir,Yeddibaşlı əjdahayla,Tək Zəlimxan arasında.

2004, 27 oktyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri