Nə təmiz yaradıb
Əsil insan, gözəl alim, ağsaqqalım,qayğıkeşim, xeyirxahım Camal Mustafayevə
Özütək incədir, zərifdir deyə,Çiçəklər baş əyir duyğularına.Təbiət istəyir al-əlvan geyə,Güllər də güvənir qayğılarına!
Alışanda Kərəm, sızlayanda saz,Göy kimi ağlayan görmüşəm səni.Duyan bir ürəkdə qüdrət azalmaz,Həmişə çağlayan görmüşəm səni!
Görmüşəm səni də salıb sehrinə,Cığalı müxəmməs, cığalı təcnis.Sevgidən, fərəhdən qabarıb sinə,Çəkəndə ruhuna sığalı təcnis.
Gəncliyəm, eşqimi yaşatmaq üçün,Yaz gülüm olarsan, qış qarım mənim.Adın şöhrət olar qarlı dağ üçün,Bir boy da ucalar Qoşqarım mənim!
Deyir peyğəmbərdi eşidən, bilən,Qoy öpsün hər çiçək, hər yarpaq səni.Qara palçığına qurban olum mən,Nə təmiz yaradıb bu torpaq səni!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ne-temiz-yaradib
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O elimdi, o kəndimdi, bu şəhərim,O həsrətim, bu sevincim, bu qəhərim,
O yerlərDolansanız doğulduğum yerləri,Yaddaşımdan xəbər verər o yerlər.
Gələndəİnsan necə rahatlanır, dincəlir,Öz evinə-eşiyinə gələndə.
Ümidlərin töküləcəkÜrəyini batırmısansa,Zamanın çirkabına, xıltına,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Gecə-gündüz bulud keçər havalar,Belə getməz, əlbət gəli bir də yaz...
Uşaqları məktəbə şövqləndirməkUşaqlar, hazırlaşın, durun, gedin məktəbə,Tə’lim alıb oxuyun, adət edin ədəbə.
Billah, səhərdir, saqiya, doldur bərü cam, içəlümBillah, səhərdir, saqiya, doldur bərü cam, içəlüm,Layəqəlü məst olalım, biz rindü bədnam, içəlüm.
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.