Dolansanız doğulduğum yerləri,Yaddaşımdan xəbər verər o yerlər.Hansı gündə sevda dolub başıma,Ataşımdan xəbər verər o yerlər.

Mənim kimi selə dönüb axsanız,Baxışlarda şimşək olub çaxsanız,Bulaq üstə gözəllərə baxsanız,Göz-qaşımdan xəbər verər bu yerlər.

Nur payladım qohumlara, yadlara,Sevinc verdim qəmginlərə, şadlara,Nə zaman ki ömrüm getdi badlara,Qan-yaşımdan xəbər verər o yerlər.

Dar günümdə anam olub ağlayar,Bacım olub yaralarım bağlayar,Xatirələr çeşmə kimi çağlayar,Sirdaşımdan xəbər verər o yerlər.

Hər görüşdən bir heyrətə gələrsiz,Vətən deyib ziyarətə gələrsiz,Zaman gələr, ibadətə gələrsiz,Başdaşımdan xəbər verər bu yerlər.

2000, 23 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri