Haqdan başqa nə varsa,Qəlbindən, ürəyindənat hər şeyi dedilər,Qeybdən bir səs gəlir,dinlə, neyi dedilər.İlahiyə bağlanankönül bağınla dinlə,Bütün hissiyyatınla,can qulağınla dinlə.Tabe oldu bu əmrə,dinlədikcə dinlədi,Bu səsin alovunda,Sızladıqca sızladı,inlədikcə inlədi.Yetərincə qulaq asdı,Gördü neydə iç dillənir,gördü neydə çöl danışır.Qırçın sular sığallanır,ləpə dinir, göl danışır.Gördü boyu bircə qarış,Ancaq səsi haqqa varış,Baş kəsilib, dil danışır.Kəsilib ayağı-başı,Özü çöptək qurusa da,qurumur gözünün yaşı.Asta-asta dilləndikcəhəzin səslər,Sanki bir-bir dirilirdimüqəddəslər.Tapdı şirin həmsöhbətio meylini neyə verdi,Neyin səsi gedib çatanyerə verdi, göyə verdi.

O düşündü öz-özünəbu yanmaqla ney nə deyir,Bəlkə elə insanlara,Mənim kimi alış deyir,mənim kimi göynə deyir.Hər qulağın işi deyilo səsləri tuta bilə,O səslərin yetişdiyiucalığa çata bilə.Hər gözlünün işi deyil,O səsdəki mənzərənigörə bilə,Hər ürəyin işi deyil,O səsdəki mətləblərindünyasına girə bilə.Könül gözü olan kəslər,Ayrılıqdan şikayətineydə görür,Neçə qəmli hekayətineydə görür.Mövlananın ürəyitək ürək gərək,Tuta səsin dediyini,İsti əlin, od nəfəsindediyini.Mövlananın naxışıtəkTanrıdan bir naxış gərək,Baxışıtək baxış gərək.Qamışlıqda neyi görə,ney içində səsi görə,O səsdəki, nəfəsdəkizili görə, pəsi görə.Ancaq onda bilər insan:Ürəkləri yaxan bu neykimdən deyir, nədən deyir,O səs bütün varlığıyla“Vətənl” — deyir, “Vətən” — deyir.

Bir ney üçün Vətən nədir?Qamışlığın içindəkibir neyistan,Neyistanın yaratdığıqəmli dastan.Vətənindən ayrılmasaağlamazdı,İnsanların ürəyinə dağlar çəkibdağlamazdı.Qamışlığın arasında azad idi,rahat idi,Orda keçib-gedən günlər,Ən gözəl bir həyat idilMən o səsi dərk edəndəbaşa düşdüm,Neyin səsi qürbət elədüşənlərin harayıdı.Ürəyini Vətən dərdideşənlərin harayıdı,Gözü yolda qalanlarınharayıdı,Yeri-yurdu talanlarınharayıdı.

Mövlanadan soruşdum ki,cavab ver, ey həzrəti pir,Nə danışır, nə söyləyir,hansı məqam üstədi ney.

Nə zamandan əsir oldunbaşı kəsik bir qarğıya,Səni niyə xəstə salıb,bəlkə, özü xəstədi ney.

Sual dildən çıxan kimiustaddan bir cavab gəldi,Dedi, oğul, mənlik deyil,haqdan gələn bəsdədi ney.

Onu başı kəsilmişlər,bağrı yananlar ağladıb,Ona görə qan-yaş tökür,hər yaralı kəsdədi ney.

Siz onda heç haray-həşir,qışqır-bağır gördünüzmü,Öz dərdini özü çəkir,qəm kökündə, pəsdədi ney.

Hər gün dərdi olanlarındərdi üstə dərd gətirər,Yavaş-yavaş keçir cana,ağırdı, ahəstədi ney.

Başı kəsik, bağrı ləlik,sinə dərddən dəlik-dəlik,Vətənindən ayrı düşübqəmli bir qəfəsdədi ney.

Daşıdığı dərd ağrısı,çəkdiyi insan yüküdü,Hər alışıb-yanan canda,hər isti nəfəsdədi ney.

Şəmsi soruş ağlayacaq,Mövlana de çağlayacaq,Yandırmağın ustadıdı,yanmağa həvəsdədi ney.

Fikri başda nura dönüb,saçlarına dən gətirib,Zəmiləri dalğalanıb,sünbülləri dən gətirib.

Varlığını pak Quranınyeddi qatından keçirib,Öz gücünü, qüdrətiniəlifdən-beydən gətirib.

Ona quşlar qanadındanurlu kəlamlar daşıyıb,Necə mələk peyğəmbərəayəni göydən gətirib.

Kimi saza, kimi tara,kimi rübaba bağlanıb,O ruhunu neydə tapıb,onunku neydən gətirib.

Ulu Mövlana kimi günlərin bir günündə mən dəbu səsin sehrinə düşdüm. Əvvəlcə neyi əlimə götürdüm.Baxdıqca baxdım, düşündükcə düşündüm. Adi bir qamışparçası nələr deyir, İlahil Bizim bilmədiyimiz nə qədərsirr yatır bu çöl bitkisinin canında. O neyi mən də çal-dım, ancaq Mövlana kimi çala bilmədim. O neyi məndə dinlədim, ancaq Mövlana kimi dinləyə bilmədim. Nəçaldım, nə inlədim, nə eşitdimsə ancaq Mövlananı gör-düm, Mövlananı duydum, Mövlananı eşitdim. Bir azMövlanaya, bir az da Şəmsə yaxınlaşmaq üçün Allahdangüc-qüvvət istədim. Neyi çala-çala mən də öz dilimdəneyin nəğməsini oxumağa başladım.

Yenə qalxıb, dağa-daşa ün salıb,Çubuq neydi, qamış neydi, qarğı ney.Xəstələrin yarasını sağaldar,Dərman neydi, məlhəm neydi, sarğı ney.

Talan olmuş yurd-yuvadan danışır,Havalanıb hər havadan danışır.

Gah Adəmdən, gah Həvvadan danışır,Söhbət neydi, sual neydi, sorğu ney.

Qaynağıdı gözdən axan yaşların,Sərtliyini yumşaldandı daşların.Sirdaşıdı budaqların, quşların,Bülbül neydi, qumru neydi, qırğı ney.

Ruhdu, səsdi könüllərin dirəyi,Hasil olmaz ruhsuzların diləyi.Aşiqlərin köz-köz olan ürəyi,Ruhu neydi, qəlbi neydi, bağrı ney.

Tüstülənən ocaqların közüdü,Mövlananın səsə dönmüş sözüdü.Başı kəsik, bəlkə, dünya özüdü,Hicran neydi, azar neydi, ağrı ney.

Ney deyir ki, məclisə gəl,Susaq, dindirək dünyanı.Yavaş-yavaş içimizə,Sinək, sindirək dünyanı.

Nur geyinək əynimizə,Eşqi düşsün beynimizə.Yeri alaq çiynimizə,Göydən endirək dünyanı.

Dizimizin heyi ilə,Haqqın yeri-göyü ilə,Mövlananın neyi ilə,Dönək, döndərək dünyanı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri