Gövhərtaş mədrəsəsiqaynayır ocaq kimi,Könüllərdə duyğularçağlayır bulaq kimi.İrfanın işığında,imanın havasında,Baxışlarda arzularalışır çıraq kimi.Havalı dəniz kimihey qabarır, çəkilir,Mürşidlərin dalğası,heyranların axını.Lap uzaqdan gələn var,lap yaxından olan var,Allaha məhəbbətinnə uzağı, yaxını?Mövlananın gur eşqiseltək aşıb-daşırdı,Uzaqlar yaxınlaşır,yadlar doğmalaşırdı.Ana öz balasınıyanına çəkən kimi,Torpaq yağan yağışıcanına çəkən kimi.Hamını Mövlananıncazibəsi çəkirdi,Onun müdrik kəlamı,şirin səsi çəkirdi.

Lal kəsilib daş-divar,sükutdadır hər nə var,Bu sükutdan səs alıb,Mürşidin sinəsindədaşdı dövlət, daşdı var.

Bu sevginin sirləriilahi qüdrətdədir.

Mövlana söhbətdədir.Qəlbi, ruhu zikrdə,beyni, başı fikirdə,dili, ağzı şükürdə,Qəlbə, beynə, ağıla,ürəyə xidmətdədir.Yaraşır, yaraşdırır,Mövlana söhbətdədir.

Haqqı özündə ara,öz içində tap deyir,Bu yolda hər əngəlikülüngünlə çap deyir.Qurandı, Qurandadıhər şeyə cavab deyir,Dünyanı heyran qoyanQurana heyrətdədir,Heyranların önündəMövlana söhbətdədir.

Qəlb evinə nur saçanbir həyatdan danışır,Yeddi qatda dayanmır,yetmiş qatdan danışır.Zərrənin içindəkikainatdan danışır,Ulu bir mərtəbədə,ulu bir niyyətdədir,Sevdirir, sevindirir,Mövlana söhbətdədir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri