Mövlana yolu
Duru bir axara qaytarır bizi,Əvvəldən axıra qaytarır bizi,Ona yetişən yol, ondan keçən yol.Onu səhralarda axtarmayın siz,Onu dəryalarda axtarmayın siz,Qəlbin içindədi qəlbə köçən yol.
Bircə damlasına dərya sığışan,Bu yolun çayları, dənizləri var.Heç vaxt bulanmayan axar-baxarı,Dumduru, tərtəmiz kəhrizləri var.
Bu yola çıxanın yoxdu dincliyi,Ruhu torpaqdadı, əli xışdadı.Dünəndən sabaha, əvvəldən sona,Gecəli-gündüzlü axtarışdadı.
Bu yolun ucundan tutub gedirəm,Səsdən qüdrətli sükuta doğru.Bu yolda ölümsüz duyğular yaşar,Yol yoxdu ölümə, tabuta doğru.
Bu yol sınağından sağlam çıxanlar,Sufiyə çevrilər, saf olar gedər.Elə bir ucalıq tapar ki, onu,Dağ kimi yüksəlib Qaf olar gedər.
Allaha bağlıdı təkliyin adı,Allahdan aşağı bir təklik də var.İnsan ürəyində, insan ruhunda,Allah ucalıqda yüksəklik də var.
Qorxu yox bu yolun yolçularına,Dənizin üstüylə yeriyər, batmaz.İncitməz ruhunu qarışqanın da,Könül sahibləri könül qanatmaz.
Bu yola qovuşmur hər yoldan ötən,Bu yolun seçilmiş elçiləri var.Girişdən çıxışa ulu dərgahın,Dəqiq nizamları, ölçüləri var.
Məndən əsirgəmə bu yolçuluğu,Allahım, bədən yox, ruh elə məniPeyğəmbər nurunu çilə üstümə,Qaytar Adəm elə, Nuh elə məni.
İnsan ucalıqdı, insan uludu,İçi də, çölü də nurla doludu.Heç kəs deməsin ki, nəfsin quludu,Nəfsimin yolunda şah elə məni.
Qır mənim dünyayla bu bağlarımı,Allahım, çək məni özünə bağla.Bulanmış suyumun damarını kəs,İrfan bulağının gözünə bağla.
Gör mənə nə qədər badalaq gəlib,Nəfsimə qəzəbim, hiddətim artır.Əbədi şöhrəti dərk elədikcə,Ötəri şöhrətə nifrətim artır.
Ayır varlığımı bu varidatdan,Öldür şöhrətimi, itir adımı.Öldürmə, öldürmə, öldürmə, Allah,Ruh kimi yaşamaq istedadımı.
Al mənim əlimdən varidatımı,Çiynimdə suç adlı yüküm olmasın.Elə yüngülləşim, elə paklaşım,Çəkmək istəsələr, çəkim olmasın.
Sən mənə yük vermə dünya adında,Varlıqda yox olmaq istedadı ver.Mənəvi acların dostuna döndər,Tamahdan tox olmaq istedadı ver.
Kafir olmuşamsa müslüm olaram,Qalib olmuşamsa təslim olaram.Böyük həqiqəti dərk elədikcə,Özümə çevrilər, əslim olaram.
Nə ki, bu dünyada var oldum yetər,O böyük varlıqda yox elə məni.Yoxluqda var olmaq səadətimmiş,Nəfsimin gözünə ox elə məni.
Olumda nə varsa, ölümə məhkum,“Ölüm”də nə gözəl “olum” var imiş.Mənasız yollarda yordum özümü,Tanrıya aparan yolum var imiş.
Bəzəksiz-düzəksiz həqiqət yolu,Bu yol Mövlananın keçdiyi yoldu.Əfqandan baş alıb Anadoluya,Konyada səmtini seçdiyi yoldu.
Bir illik, yüz illik, min illik deyil,Bu yol bir zamansız zaman yoludu.Torpaqdan günəşə, günəşdən yerə,İnsaf körpüsüdü, iman yoludu.
Nura bələməkçün yerin üzünü,Göyün üzündəki Samanyoludu.Damlanın çiçəyə, şehin çəmənə,Duyğunun ürəyə daman yoludu.
Arifin ruhudu, alimin nuru,Tanrıya yol alıb bu cənnət yolu.Yoluna, izinə qovuşdur ömrü,Onsuz nə sənət var, nə sənət yolu.
Allahım, yolumu açıq elə sən,Əqidə sarsılıb, inam itməsin.Ondadı ruhumun əbədiyyəti,Ömür-gün bitsə də, bu yol bitməsin.
Min il at sürsə də bu yer üzündə,Başa çatdırammaz çapar bu yolu.Ey ulu Mövlana, dadıma sən çat,Qəlbimdən Rəbbimə apar bu yolu.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-movlana-yolu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nəfsini (günahlardan) təmizləyənmütləq nicat tapacaqdır!
Möcüzələr dövrünə o bir möcüzə gəldiEy kitab əhlil Peyğəmbərlərin ardı-arasıkəsildiyi bir dövrdə: “Bizə nə bir (cənnətlə)
And olsun qələməNunl And olsun qələmə və (mələklərin)yazdıqlarına (yaxud lövhi-məhfuzda
Peyğəmbər və şairlər” (Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnızazğınlar uyarl