Allahım, özün məni günahlardan təmizlə
Nəfsini (günahlardan) təmizləyənmütləq nicat tapacaqdır!(“əş-Şəms” surəsi, 9-cu ayə)
Batdığım bir günah varsa,savaba çevir, AllahımlSualların aç sirrini,cavaba çevir, Allahıml
Dodağımdan çıxan duaküləklərə yem olmasın,Köçür onu yaddaşlara,kitaba çevir, Allahıml
Mənəm eşqin kitabınıcanı-dildən yazan bu gün,Hər sözümə bir avaz ver,rübaba çevir, Allahıml
Ürəyimdən keçənlərivaraqlara köçürməsəm,Yandır bağrım tikə-tikə,kababa çevir, Allahıml
ök ok ok
Bu gün günah tutmuşam,azdı-çoxdu — nə fərqi,Allahım, özün mənigünahlardan təmizləlHər günah insan üçünbir ahdı, bir ağrıdı,Məni bu ağrılardan,bu ahlardan təmizlə.
Şeytan aldadıb məni,nəfsə əsir olmuşam,Nəfsimi, nəfəsimitamahlardan təmizlə.
Mən ki heç vaxt, heç zamanbütpərəst olmamışam,İçərimi büt olanilahlardan təmizlə.
İnsanın ürəyininəfs adlı timsah yedi,Sən bizim içimizitimsahlardan təmizlə.
Könülləri hiylədən,gözü kindən təmizlə,Göydə mələklər gəzir,yeri cindən təmizlə.
Yalan deyən dilləriyalanlardan təmizlə,Ruhu talançılardan,talanlardan təmizlə.
Məsəldi: “Qurd ağacıçəkib içindən yeyər”,Amandı, içimiziacgöz qurddan təmizlə.
Öz əslini-kökünüunudan manqurt olar,Sən bizim ruhumuzubu manqurtdan təmizlə.
Əli halala öyrət,yapışmasın haramdan,Məlhəm qoy, əlac elə,qan axmasın yaramdan.
Paklıq Allah işidir,verdiyi paydan gəlir,Duruluq bərəkətdi,çeşmədən, çaydan gəlir.
Allahım, odu küldən,suyu lildən təmizlə,Pak et insan qəlbini,Onu əyri əməldən,acı dildən təmizlə.
Xaini paxıllıqdan,xəyanətdən təmizlə,Cahili arif elə,cəhalətdən təmizlə.
Yazıqdı bəşər oğlulOna bircə sifət ver,min sifətdən təmizlə.
Mənə Məhəmməd ömrü,övliya taleyi ver,Azadlıq eşqi göndər,əsarətdən təmizlə.
Bu eşqlə gecə-gündüzalışıram, yanıram,Ölürəm, dirilirəm,yatıram, oyanıram.
Nöqtəsini qoyandayamanlığın, pisliyin,Köklərini kəsəndəböhtanın, xəbisliyin,Ürək təmiz olanda,sevgi dəniz olanda,Allaha istəyimizcandan əziz olanda,Peyğəmbərə sevgimizqaynar bulaq olanda,İnsan xeyrə bağlanıbşərdən uzaq olanda,Ürəkdə yandırandaməhəbbətin odunu,Dilimizdən siləndəhər cür dedi-qodunuZülmət gecələr beləişıqlanar, dan olar,Batinimiz küfrə yox,işığa meydan olar.Xoş əmələ güvənibqüvvət, nicat taparıq,Bu dünya içində dənurlu həyat taparıq.Daha da işıqlanarnazil olan kəlamlar,Peyğəmbərə yetişərverdiyimiz salamlarl
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-allahim-ozun-meni-gunahlardan-temizle
← → düymələri ilə keçid, R — təsadüfi şeir