Nəyimə yetməz
Dərdim də, qəmim də yetərincədir,Dünyanın azarı nəyimə yetməz.Həyatla bu qədər alver eylədim,Bu boyda bazarı nəyimə yetməz.
Sinəmə o qədər çəkilib ki, dağı,Əridi, qalmadı gözümün yağı.Bu qoca dünyanın beş arşın ağı,Beş qarış bazarı nəyimə yetməz.
Ölümlə həyattək sağım, solum var,Harda olum varsa, orda ölüm var,Qəbir evinədək gedən yolum var,Ömrün bu güzarı nəyimə yetməz.
2011, 9 fevral
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-neyime-yetmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sığışmıram bəyliyə,sığışmıram xanlığa.
Ay Zəlimxan, altmışın mübarək!Ömür nədir? Dünən çiçək, bu gün qar,Ötən yazın, gələn qışın mübarək!
Sabah sizin olmayacaqGülüşü əsirgəməyin dodağınızdan,İçənlər qoy ovuc-ovuc içsin.
Dolu getdim, dolu gəldimSəfər etdim söz dalınca,Dolu getdim, dolu gəldim.
Başqa şairlərin şeirləri · Ölüm
Məni ta ruzigari-səngidil ayırdı yarimdən,Nə gördüm ruzi-xoş hərgiz, nə xoşluq ruzigarimdən.
GözəlÖmrü bada verdin, günü talana,İndi sən ömrümün ayağı,gözəl.
GedirsənMal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsən
Fəxri xiyabanQalxıram yuxarı... Fəxri xiyaban,Cərgəylə düzülmüş məzar daşları!