Olan yerdə
Dar cığırlar yola döndü,İzimiz bir olan yerdə.Əməlimiz çiçək açdıSözümüz bir olan yerdə.
Dəniz olduq, çay ummadıq,Sanbal gəzdik, say ummadıq.Özgələrdən pay ummadıq,Özümüz bir olan yerdə.
Haya çatdı harayımız,Uçulmadı sarayımız.Qafurumuz, Gərayımız,Həzimiz bir olan yerdə.
Xəyal göydən enməz oldu,İnam yoldan dönməz oldu.Ocağımız sönməz oldu,Közümüz bir olan yerdə.
Qəlbimizi köz eylədik,Neylədiksə düz eylədik.Azmı, biri yüz eylədik,Yüzümüz bir olan yerdə?
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-olan-yerde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
BilməzəmSəbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
Qəzəl: Yetdik cahanda cana yetişməz əcəl-məcəlYetdik cahanda cana yetişməz əcəl-məcəlEy kaş ola bu dirilikə ölmək bədəl-mədəl