Əlim qələm tanımazdı
Bu torpağın övladıyam,Bu torpağa qurban olum.Yaşıl düzə könül verim,Qarlı dağa qurban olum.Bir Vətənin eşqi ilə,Min bir dəfə Vətən üçünOda düşsə canım, azdı.Azərbaycan deyən zamanQətrə-qətrə alovlanım,Gilə-gilə yanım, azdı.Bu arzular olmasaydı,Dilim kəlmə, gözüm işıq,Əlim qələm tanımazdı.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-elim-qelem-tanimazdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir