Tehran cənnətə dönsə,Yaddan çıxmaz Qarabağ.

Gördüyüm hər gözəllikheyrətə salır məni,Min qat gözəl olsa da,heyrətdən Vətən olmaz.Saçına sığal çəkib,rəğbət bəsləsələr də,Ömrü beş-on gün olar,rəğbətdən Vətən olmaz.

Allah evi Məkkədəevimçün darıxmışam,Evdən-eşikdən ötrüürəyimi sıxmışam.Həsrətin sınağındandağlar yarıb çıxmışam,Adında ayrılıq var,həsrətdən Vətən olmaz.

Çəkilən ağrı bilərsızıldayan iç nədir,Səfərə çıxan biləryolda qalan köç nədir.Adın göylərə çıxsa,yadlar üçün heç nədir,Vətəndən şöhrət olar,şöhrətdən Vətən olmaz.

Çırpınar intizardaqəlbin, ruhun qısılar,Oğul-uşaqdan ötrücanın göydən asılar,Adına, taleyinəqərib möhrü basılar,Ancaq onda bilərsənqürbətdən Vətən olmaz.

Dünyanın çəkmədiyiağrısı, azarı yox,Ağrı nə qədər çəkər,behi yox, bazarı yox.Qərib yerdə öləninyatmağa məzarı yox,Zülümdən bir yurd-yuva,zillətdən Vətən olmaz.

Qəriblərin saçındaqara bax, qırova bax,İnildəyən kamana,sızıldayan tara bax.Cəhənnəmə dönsə də,cənnətimdi Qarabağ,“Tehran cənnətə dönsə”,cənnətdən Vətən olmaz!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran