Dedim: — Gur saçların nə tez ağardı,— Payızın saldığı qırovdur, — dedi.

Dedim: — Ömür nədir səndən ötəri,— Əcəlin əlində bir ovdur, — dedi.

Dedim: — Bəxtin sənə heç yar oldumu,— Gözləri kor olub, qarovdur, — dedi.

Dedim: - Hansı diyar yetirib səni,— Yurdum yad əllərdə girovdur, — dedi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri