Ucalıq
Hamının can atdığı,Az adamın çatdığı,Əlin yetişmədiyi,Ruhun at oynatdığı,Bir məqamdı ucalıq.
Çiyində şahlıq quşu,Başda şahlıq tacıdı.İlahi mərtəbəsi,Peyğəmbər meracıdı.İnsana haqdan gələn,Ehtiramdı ucalıq.
Dünyanın bu başındaÇəkərsən nəfəsini,Dünyanın o başındaEşidərlər səsini.Nəfəs kimi dərilən,Yaradandan alınan,Yaradana verilən,Bir salamdı ucalıq.
Haqq yazanda qiyməti,Ucuzlar baha gəlməz.Eşqə gələn gözəllik,Nəfsə, tamaha gəlməz.Öpər dərviş əlini,Aldanıb, şaha gəlməz.Canda Allah eşqinə,Yanan şamdı ucalıq.2002, 25 mart
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ucaliq-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözəlliyə, gözələ könlünü bağlayandaFüzuli “Heyrət” dedi.
Mənim dərdimDemə sənin nə dərdin var,Dərdli dilim – mənim dərdim.
YaşamışamMənə gənc şair demə, çoxdan ötüb gəncliyim,Heç olmayıb həyatda rahatlığım, dincliyim.
BabalarMən sabaha yollanıb dünənimi sevmişəm,Qorqud olub qopuzla dinənimi sevmişəm.
Başqa şairlərin şeirləri · İlahi eşq
Aləm düşdü gözlərimdən,Mən aləmi dərk edəndən…
OlarGörməmişlər pul görəndə sevinər,Ağıl gedər, elə bil ki, məst olar.
MənəmMürşidi-kamilim Şeyx oğlu Şahım,Bir ərzim var qulluğuna şah mənəm.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,