Oxuyur
Nə şirin məclisdi, nə xoş gecədi,Ozanlar səs-səsə verib oxuyur.Kim Ərəbzəngidi, kim Şah İsmayıl,Ər kimi meydana girib, oxuyur.
Çağlayan çeşməyəm, kükrəyən çayam,Dirilik suyundan yoğrulub mayam.Elə bil cənnətin ortasındayam,Ruhum meyvəsini dərib, oxuyur.
Ürək ağrılıdı, can təlaşlıdı,Qürbətə uzanan yollar daşlıdı.Tiflisdə Şahsənəm gözü yaşlıdı,Deyəsən, Hələbdə Qərib oxuyur.
Kəsilməz Allahın verdiyi qismət,Canlara dərmandı, ruhlara zinət.Zəlimxan eşqinə Ana təbiət,Çəmən süfrəsini sərib, oxuyur.
2002, 7 aprel
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-oxuyur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şairə demə ki, hardan gəlirsən,Elin ürəyindən, canından gələr.
GəlirəmDuyğuların zirvəsinə baş vurub,Uca sözün ucasından gəlirəm.
Bir az da bizə söyləDağların şair oğlu,çəkil dağlar qoynuna,
Böyütdüm içimdə misralarımıGüc verib, can verib, təravət verib,Köklər budaqları böyüdən kimi,
Başqa şairlərin şeirləri · Hicran
Yetməz tamamə zülfi-siyahın hekayəti,Bir qissədir uzun, onun yox nihayəti.
Başda baş bədənsiz olarXəzanə dönsə bahar, bağ yasəmənsiz olar,Fəraqdən batar bu bağ, yasə mənsiz olar.
Səni gözləyirəmSəni gözləyirəm günlər uzunu,Saatlar uzunu, anlar uzunu!
Yaman sıxır gecə məni...İllər qədər uzun çəkdiBu intizar gecəm mənim.