Gələr
Kövrək duyğuların yeri ürəkdir,Fikir başdan gələr, beyindən gələr.Sel döşdə kükrəyər, su yerdən çıxar,Yağış Yaradanın göyündən gələr.
Dözəni igiddi, ərdi dünyanın,Daşıyır yükünü mərdi dünyanın.Göynədər insanı dərdi dünyanın,Yanğı kamanından, neyindən gələr.
Yaylağın suları axar sərindən,Dənizin incisi çıxar dərindən.Səadət tanrının Peyğəmbərindən,Fəlakət insanın keyindən gələr.
Çiçək torpağındı, ulduz göyündü,Sel şıltaq, yel dəli, od ərköyündü.Allahın neməti löyün-löyündü,Xörəyi gör neçə löyündən gələr.
Çiyinlər zamanın yükünə bağlı,Səs kökə bağlıdı, kök ünə bağlı.Nə var, Zəlimxanın kökünə bağlı,Nə var, Zəlimxanın soyundan gələr.
2000, 24 mart
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-geler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cilli aşıq Müseyib!Sənin sazın dil açıb Cildən oxumaz daha,
O qızın göz yaşlarıXocalı faciəsinin 13-cü ildönümü ilə əlaqədar olaraq yas*mərasimi – şəhidləri anma günü keçirilirdi. Hər çıxışda bir*
Kökündən qopan ağacSəs aparır beynimi,Səs aparır başımı.
Zəlimxan qarğışıHeç vaxt yeriyəndə büdrəməmişdim,Yeriyə bilmədim, büdrədim indi.
Başqa şairlərin şeirləri · İlahi eşq
Hökumət məqamında əyləşən alim,Əvvəl mənə Yamən Hudan xəbər ver.
Aşıq Camalın İbrahimlə deyişməsiAşıq Camal**Aşıq Camal içdi kövsər şərabı,
HekayətlərBir oğru bir parsanın evinə gəldi. Nə qədər ki, axtardı, bir şey tapmadı. Ürəyi sıxıldı. Pirhizkarın xəbəri oldu. Bir kilimi ki, onun üstündə yatmışdı, oğrunun keçdiyi yola atdı, ta naümid qayıtmasın.Gilanlı Əbdülqədir, pak olsun onun torpağı, Kəbənin hərəmində üz daşlar üstə qoyub hey deirdi:
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,