El yaddaşı
Ruhum – tər çiçəkdi, zər kəpənəkdi,Sözüm – bal arısı gül yaddaşında.Dil sözün ömrüdü, söz dilin ömrü,Oğulsan, hökm eylə, dil yaddaşında.
İncə duyğularla könlüm isindi,Kövrək xatirələr dindi, nə dindi.Kərəmin külü də qalmayıb indi,Qalan “Kərəmi”di tel yaddaşında.
Sözə şahlıq eylə, nə əyil, nə sın,Ömrü əbədidi nəğmənin, səsin.Qoy özündən küssün, eldən küsməsin,Kim qala bilməsə el yaddaşında.
2002, 30 mart
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-el-yaddasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Qanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Ağ dənizdəOldum bir ay Ağ dənizdə, Xəndan,Qaldım gidi dalğalarla dalğın.
Əcəm qızıAhu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,