Ey mənim yaradanım,eşit mənim səsimi,Sevinc, kədər bağışla,ağrı-acı ver mənə.Ulu söz qəlbin nuru,ilham başımın tacı,Qızıl yox, ilham adlıqızıl tacı ver mənə.

Şeirim ürəkdən gəlib,ürəklərə axmasa,Duymasa, duyulmasa,yandırmasa, yaxmasa,Al qələmi əlimdən,toyumu döndər yasa,Üstümdə ağlamağaana-bacı ver mənə.

İlahidən gələn sözgöz nurum, göz dərmanım,Söz beşiyim, məzarım,söz dərdim, söz dərmanım.Söz sözümə baxmasa,ölüm olsun fərmanım,Son hökmü, son qərarı,son əlacı ver mənə.

2002, 23 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri