Füzuli – Sabir
Gözəlliyə, gözələ könlünü bağlayandaFüzuli “Heyrət” dedi.Millətinin halına güləndə, ağlayandaSabirim “Qeyrət” dedi.Heyrət ilə qeyrəti yoğurdular, yapdılar.Bu ölümlü dünyada bir ölməzlik tapdılar!Hər biri bu həyatda həyat qədər qalası,Azərbaycan şeirininBiri heyrət qalası!Biri qeyrət qalası!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-fuzuli-sabir
← → düymələri ilə keçid, R — təsadüfi şeir