Daş atılıb aynasına,Çilik-çilik olan könlüm.Zəhərli oxlar ucunda,Dəlik-dəlik olan könlüm.

Ömrə qıyma, yaşa qıyma,Arzuları yolda qoyma.Parça-parça, qıyma-qıyma,Bölük-bölük olan könlüm.

Ay Zəlimxan, günün qara,Dərdin səni çəkdi dara.Dərdə yalvara-yalvara,Axır ləlik olan könlüm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri