Xalqım, səni uca gördüm
Xalqım, səni dəniz gördüm – dalğalandın, ləpələndin,İşıq olub zərrə-zərrə hər ocağa səpələndin.Xalqım, səni sahil gördüm – sinə gərdin tufanlara,Neçə-neçə məğrur qaya sinəsindən aldı yara.Xalqım, səni qaya gördüm – boyu uca, qaməti düz,Çarpışmalar meydanında sən əbədi, sən ölümsüz.Xalqım, səni palıd gördüm – şimşək vurdu, paraladı,Yeri yerdən, göyü göydən, kökü kökdən araladı.Xalqım, səni bütöv gördüm – bölünsə də yurdun, adın,Bölünmədi məhəbbətin, bölünmədi istedadın.Xalqım, səni əsgər gördüm – buraxmadın səngərini,Unutmadın yerişini, itirmədin ləngərini.Baxışında bulud görmək məndən ötrü ağır olar,Dodağında sükut görmək məndən ötrü ağır olar,Parçaladın o buludu!Parçaladın o sükutu!Xalqım, səni uca gördüm – bu ucalıq bəsdi mənə,Sən varsansa, neyləyəcək düşmənlərin qəsdi mənə!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-xalqim-seni-uca-gordum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Gülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
ƏzizimƏzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim
Ağ çiçəkSəhər çağı, göy meşədəndərdik səni, ağ çiçək.
Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəlEyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl,Alma əlimdən mənim tabü təvan, ey gözəl,