Çoxdandı könlümə bir gəzmək düşüb
Qəlbim istəyəni bəxtim gətirə,Qayıdam ömrümün uşaqlığına.Qədəmim çatdıra o vaxta məni,Baxmaya yolların uzaqlığına.Başım açıq ola, ayağım yalın,Yeriyəm, büdrəyəm, yıxılam, duram.Çör-çöpə əvvəlki həvəsim ola,Suların üstündə dəyirman quram.İllər elə keçdi, sanki, göz açdımÖzümü iyirmi beş yaşında gördüm.Böyüklər gördüyü dərdi, sevinci,Ömrün divarında, daşında gördüm.Yaxşı, o günləri nəyə bənzədim,Yandığı, söndüyü bircə an çəkənOvçuya rast gələn bir maral kimi,Uşaqlıq bu qədər ürkəkmi oldu.Ömür, nə yatdım ki, nə yuxu görəm,Qayğısız anlarım nə tez ötüşüb.Həsrətdən burnumun ucu göynəyir,Çoxdandı könlümə bir gəzmək düşüb.
Heç kəs deməsin ki, çox da göynəmə,O vaxtda, o anda, o gündə nə var.Şirindi nağıllı, dastanlı dünya,Onda min həqiqət, min əfsanə var.Torpaqdan götürüb öz mayasını,Şirə var, qüvvə var kökümdə mənim.Əsrimin sürəti yeyin olsa da,Güc-qüvvət alsam da hər yüksəlişdən,Bəzən yoruluram, darıxıram mən,Bezirəm ürəksiz gördüyüm işdən.Ürək darıxanda, can darıxandaKeçir o günlərim qəlbimdən mənim.Fikirsiz, xəyalsız dura bilmərəm,Halımı bilirəm axı mən, mənimKörpəlik arzusu, uşaqlıq sözü,Gör gəlib mənimlə harda görüşdü.Zamanı geriyə qaytarmaq gərək,Çoxdandı könlümə bir gəzmək düşüb.
Onda çıxmamışdım geniş yollara,Həmdəmim olmuşdu dağ döşü, cığır.Görərdin Zəlimxan gəzir dağları,Ya kəkotu dərir, ya təzək yığır.Nazımla, sözümlə oynardı mənim,Alardı ağrımı, qadamı mənim.Ürək nə istəsə hazır olardı,Çox tez eşidirdi sədamı dünya.Yormurdu beynimi sərt düşüncələr,Rəisim, müdirim yoxuydu mənim.İş adı gələndə qaçaq düşərdim,Ən çox istədiyim yuxuydu mənim.Körpə dodaqlarım nə qədər desənÇiçəklə öpüşüb, güllə öpüşüb.Qaytar o günləri, təbiət, mənə,Çoxdandı könlümə bir gəzmək düşüb.
1973, 21 fevral
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-coxdandi-konlume-bir-gezmek-dusub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dedim gəl bir seyrə çıxaq,– Yox, gələ bilmərəm, – dedi.
EşitdiEşqimi qəlbimdə saxlayammadım,Çiçəyə sirr açdım, çəmən eşitdi.
Sən bilərsənMən kim idim, neyləmişdim səndən ötrü,Balıq bilməz, xaliq bilər, sən bilərsən.
Zəlimxan dünyaya təzədən gələrKönül məclisində sən görünəndə,Söz meydən süzülər, məzədən gələr.
Başqa şairlərin şeirləri
Eyvanımız ucadır,Nökərlərim xocadır,
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Bir çarə qıl, ey əmmə, mən ölsəm kəfən olmazBir çarə qıl, ey əmmə, mən ölsəm kəfən olmaz,Tabutü hənutum götürüb dəfn edən olmaz.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,