Neçə ağır sınaqdan,imtahandan çıxmışam,Dizimi qatlamağayaşın hünəri çatmaz.

Töycü töküb, tor qurub,başlar baş aparsa da,Başımı aldatmağabaşın hünəri çatmaz.

Yedirsələr də mənə“zəhərlə bişmiş aş”dan,Ruhumu öldürməyəaşın hünəri çatmaz.

Sevgi zirvələrindənsinəmin sipəri var,Qəlbimi sındırmağadaşın hünəri çatmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri