Yetimlik dünyada yaman bəladı
Yetimlik dünyada yaman bəladı,Ölən ölüb gedər, sağ yetim qalar.Əlvan çiçəklərin rəngi saralar,Bağbanı öləndə bağ yetim qalar.
Kimi var elə bir canıyanası,Mətləb anlayası, kəlmə qanası.Ellərdi dağların ata-anası,Payızı gələndə dağ yetim qalar.
Qara xal yanağı ağda gözəldir,Bülbülün cəh-cəhi bağda gözəldir.Zəlimxan, şamama tağda gözəldir,Bəhrəsi olmasa, tağ yetim qalar.
1972, 10 oktyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yetimlik-dunyada-yaman-beladi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Tökül, ey dağ çayı, uç qayalarda!Sonra şırıldayıb ax çəmənlərdən.
Səri-zülfün kimi könlüm pərişan olsa, istərsənSəri-zülfün kimi könlüm pərişan olsa, istərsən?Və yainki ləbi-ləlin kimi qan olsa, istərsən?
Naləvü-əfğan eyləDəli könül, qalx ayağa, məclisi alşan eylə.Bülbül kimi gül eşqinə naləvü-əfğan eylə.
SoruşDedim: – Yol, nə uzandın?Uzanıb, nə qazandın?