Dərd əlindən Füzulitək,Neçə yol dağa çıxmışam.Bəlkə, bir az yüngülləşəm,Göy bir yaylağa çıxmışam.

Vaxt keçib, vədə çalxanıb,Yaxşıya, badə çalxanıb.Ömrüm nehrədə çalxanıb,Dərd olub, yağa çıxmışam.

Niyə getdim, niyə durdum,Baxdım yerə, göyə, durdum.Bir qəribə yiyə durdum,Beş arşın ağa çıxmışam.

Gəldim, günü qara gəldim,Yaşamaqdan zara gəldim.Hardan getdim, hara gəldim,Gördüm, torpağa çıxmışam.

2001, 16 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri