Günəş bir öpüş aldı,Buzlar əridi getdi.Baxışların odundaNazlar əridi getdi.

Gözdə od, kirpikdə nəm,Canda dərd, ürəkdə qəm,Yandırdı “Yanıq Kərəm”,Sazlar əridi getdi.

Gün doğdu, yaza baxdı,Aşiqlər saza baxdı.Oğlanlar qıza baxdı,Qızlar əridi getdi.

2006, oktyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq