Baxışlar
Allah, Allah, bu yanan gözlərə bax,Çayların, çeşmələrin rəngidi bu.
O baxışdan bu canım yanmadısa,Dağ deyil, dağların nəhəngidi bu.
Qan-qan deyərək məni meydana çəkir,Qan tökən bir döyüşdü, cəngidi bu.
Niyə yandım, niyə öldüm, əridim,Göz deyil, gözlərin qəşəngidi bu.
Ruha güc, qəlbə qanad, canlı həyat,Ürəyin ritmidi, ahəngidi bu.
2006, oktyabrKislovodsk
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-baxislar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Müxbir
Əlində qızıldan bir qələmi var,Masaya söykənib hey yazar-pozar.
Hüsn rikabında, bax, şəmsü qəmər getmədəLəblərin ardınca da şəhdü şəkər getmədə.
Mənzumə: Gənə bilmirəm bu nə güftardırGənə bilmirəm bu nə güftardırNə rəsm ü nə ayin kirdardır
Bəxtim bana uz verdi, şərabdarə yetişdimBəxtim bana uz verdi, şərabdarə yetişdim,Opdum ayağın, kaseyi-sərşarə yetişdim.