Mən niyə bu qədər ağrı çəkənəm
Ağlasan, mən səndən betər ağlaram,Yaşlı gözlərində gilə bil məni.Bütün dərdlilərə həmdərd olmuşam,Hər zaman hər yerdə belə bil məni.
Vurar keşiş məkri qara pəncəni,Gətirər başına hər işgəncəni,Gözüyaşlı qoyma qədim Gəncəni,Kərəmsən, yanında Lələ bil məni.
Dərd əhli kim varsa, hamı məndədi,Dərdin hər çeşidi, tamı məndədi.Cəmşidin qəm dolu camı məndədi,Eşq ilə dodağı silən bil məni.
Qəribi görəndə qürbət çəkənəm,Yetimi görəndə boyun bükənəm,Mən niyə bu qədər ağrı çəkənəm,Başa düş, dərk eylə, bilə bil məni.
Yalta, 2010, 12 iyun
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-men-niye-bu-qeder-agri-cekenem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Yar bizim ilə yenə gör ki, ne al eylədi,Ta ki, yaşım qan ola, yanağın al eylədi.
OynasınSürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın
Sənsiz nə çətin imişSənsiz nə çətin imişgecə ilə bacarmaq.
Mənim dərdim böyük dastan... oxu, dərmanım ol, ey dost!Mənim dərdim böyük dastan... oxu, dərmanım ol, ey dost!Canım yarə, günüm qarə, sökülmüş danım ol, ey dost!