Can yerin payıdı
Baxdığım üfüqə, gördüyüm göyə,Ürəyimi verdim, beynimi verdim.Göylər ucalıqdan enməsin deyə,Göylərin altına çiynimi verdim.
Yerimək çətindi yolda, yoxuşda,Dizlərin qüvvəti, heyi yoxdusa.Yazıqdı insan da, böcək də, quş da,Göylərin qoynunda göyü yoxdusa.
Bölüb, bölüşdürüb bu qismət bizi,Can yerin payıdı, ruh göylərindi.Beləcə yaradıb təbiət bizi,Ağrı torpağındı, ah göylərindi.
2003, 10 aprel
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-can-yerin-payidi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əldə qələm, dildə söz,gözdə atəş, canda od,
Doğulan gedirsəBir yoldu, gedirəm daşlı-kəsəkli,Gedirəm içimdən çölümə doğru.
Məzar daşlarıAğrıya heykəldi, dərdə abidə,Bu ağrı daşları, azar daşları.
Mənə bu dərdləri sən çəkdirmisənİlan ili bəlli, İt ili bəlli,Dovşan ili bəlli, At ili bəlli,
Başqa şairlərin şeirləri
Yar üçün nazını çəkmək gərək əğyarlərin,Gül üçün bülbülə min cövri yetər xarlərin.
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər