Əldə qələm, dildə söz,gözdə atəş, canda od,Min illərdi yazılırmilyonlarca kitablar.Hər kitabın içindəneçə insan ağrısı,Zülümlər, işgəncələr,əzablar, iztirablar.

Varaq-varaq eylədihər kəs öz aləmini,Tapammadı yenə dəxoşbəxtliyin çəmini.Azaltmadı zərrəcəürəklərin qəminiNə içilən badələr,nə süzülən şərablar.

Kəsilmədi dünyanınnə qırğını, nə vayı,Uçan vaxtın əlindəömür getdi havayı.Nə verdi insanlığagöz yaşından savayı,Qasırğalar, tufanlar,savaşlar, inqilablar?

Nə dinər, nə tərpənər,sərt qayalar sal durur,Canında min sirr yatır,açan yoxdur, lal durur.

Hər sualın dalındayeni bir sual durur,Nə suallar tükəndi,nə tam oldu cavablar.

Bir sualın önündəmin cür cavab yazıram,Yazdığım hər nə varsa,ağrı-əzab yazıram.Şair də öyünür ki,təzə kitab yazıram,Bir kitaba sığarmıbu qədər haqq-hesablar?

2005, avqust

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri