Hazırlıq.
Qış gələndə sərt gələcək,Qışa hazırlıq görürəm.Ölümə də, həyata da,Qoşa hazırlıq görürəm.
Kimi aşır, kimi daşır,Kim düz deyir, kimi çaşır.Altmışa yaxınlaşır,Yaşa hazırlıq görürəm.
Sevgi bağrımın parası,Ağrı qəlbimin yarası.Ehsan üçün aşqarası,Aşa hazırlıq görürəm.
Biryolluq gedən olacaq,Ruhsuz bir bədən olacaq.Başdaşım nədən olacaq,Daşa hazırlıq görürəm.
Çovğununda, qışındayam,Bəlaların başındayam,Lap yarğanın qaşındayam,Qışa hazırlıq görürəm.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-hazirliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Viran olu könlüm evi viranə görəndəViran olu könlüm evi viranə görəndə,Viranə virantər olu viranə görəndə.
Gördüm dostlarımı bir-bir dünyadaYoxladım onlan kənddə, obada.
جانا دهنت که هست چون چشمه نوشمیآوردش ظلمت شب در آغوش