Mənə bu dərdləri sən çəkdirmisən
İlan ili bəlli, İt ili bəlli,Dovşan ili bəlli, At ili bəlli,Habili, Qabili, qatili bəlli,Mənə bu dərdləri sən çəkdirmisən.
Ver mənə cəzanı, cəzan mübarək,Yazdıran mübarək, yazan mübarək,Qazilər demişkən, qəzan mübarək,Mənə bu dərdləri sən çəkdirmisən.
Qurdun məhkum kimi hər divanımı,Yıxdın mərtəbəmi, nərdivanımı.Əlinlə bağladın dərd-divanımı,Mənə bu dərdləri sən çəkdirmisən.
Səhv edib çürüyü qatmışam safa,Dərdlərim tən gələr Ağrıynan Qafa.İmansız, allahsız gəlməz insafa,Mənə bu dərdləri sən çəkdirmisən.
Heç peyvənd olarmı gül ilə alaq,Yaxşını yamana kim vurdu calaq?Qazancım çarmıxdı, payım daşqalaq,Mənə bu dərdləri sən çəkdirmisən.
Çəkiləndə hesab nə deyəcəksən?Sorulanda cavab nə deyəcəksən?Veriləndə əzab nə deyəcəksən? —Mənə bu dərdləri sən çəkdirmisən.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-mene-bu-derdleri-sen-cekdirmisen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
UşaqlarUşaqlar istərsə seyri-gülüstan,Nə lazım onlara bağ ilə bostan.
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
Mənim həyatımAdi bir insanam mən,Adidən də adiyəm.