Güləm, rəng içindəyəm,Seləm, cəng içindəyəm.Sazdan sözə yol gedən,Bir ahəng içindəyəm.

Odam, kül içindəyəm,Rəngəm, tül içindəyəm.Sevgiyə Allah deyən,Bir könül içindəyəm.

Sözəm, səs içindəyəm,Ziləm, pəs içindəyəm.Dünyanı qucaqlayan,Bir həvəs içindəyəm.

Qumam - səhra içində,Dürrəm - dərya içində.Özüm də bir dünyayam,Sirli dünya içində.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri