İlk görüşdə “arzum” dedi,Dilək saydı gözlər məni.Allah bildi öz eşqinə,Fələk saydı gözlər məni.

Ocaq olmaq idi qəsdim,Qismətimi özüm kəsdim.Baxışından tir-tir əsdim,Külək saydı gözlər məni.

Gör, endirdi hardan hara,Adım üstdən çəkdim qara.İncəlib, düşdüm yollara,Lələk saydı gözlər məni.

1975, 10 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale