Qardaşım
Bölən bizi yaman böldü, qardaşım,Bu həsrətdən ağrı qaldı sinəmdə.Dərd var, gəzib dərmanını tapmışam,Dərd var, elə dağlı qaldı sinəmdə.
Zaman-zaman tarix mənlə öc oldu,Güvəndiyim qolumdakı güc oldu.Qapı var ki, açılsa da gec oldu,Çox qapılar bağlı qaldı sinəmdə.
Duman olar yollarımdan çəkilməz,Əlləşərəm, qəmin qəddi bükülməz.Həsrətimin qalaları sökülməz,Köklü qaldı, tağlı qaldı sinəmdə.
Yağı məni heç susdura bilmədi,Zərbə vurdu, ləkə vura bilmədi.Əyri gəldi, yuva qura bilmədi,Düz yaşadı, doğru qaldı sinəmdə.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qardasim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Verdim o gün ki, zülfi-pərişanə könlümü,Saldı nigar o zülfdə zindanə könlümü.
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.
Ola bilsəm!Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,
Saqi, nəzər et məclisəSaqi, nəzər et məclisə, gör canım hardadır?Bir yol güzər etməz bizə cananım, hardadır?