Həsrət qılınc oynadır,Tanrıya bəndə deyil.Meyli hey zəhərədir,Şəkərə, qəndə deyil.

Qışam, qarım əriməz,Daşam, bəxtim yeriməz.Ağlayanım kiriməz,Ruhum bədəndə deyil.

Burda çəkirəm ahı,Orda dərdimin şahı.Dünya, bütün günahıBizdədi, səndə deyil.

Ara yaman qarışdı,Dost küsdü, yad barışdı.Aramız bir qarışdı,Vüsalım gendə deyil.

Nur sevməkdi adətim,Kim qarğadı mənə, kim.Nurdadı səadətim,Dumanda, çəndə deyil.

Günah dalınca günah,Açılmaq bilmir sabah.Təbrizə bax, ay Allah,Mənimdi, məndə deyil!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri