Könlüm
Öz ağrını özün çək,Demə hər yerdə, könlüm.Açma dərdin üzünü,Yırtılar pərdə, könlüm.
Hey içini yeyirdin,“Dözəmmirəm” deyirdin,Xeyir danış, xeyir din,Xeyirdə-şərdə, könlüm.
Bil, anın qiymətini,Bil, canın qiymətini,Dünyanın qiymətini,Axtarma zərdə, könlüm.
Bişirəcək aşını,Tovlayacaq başını,At bu nərdin daşını,Kərəm yox zərdə, könlüm.
Arzuların canı var,Canın qaynar qanı var,Min dərdin dərmanı var,Bir damla tərdə, könlüm.
Özünlə çək davanı,Özünlə qur yuvanı,Özün çal öz havanı,Bu sim, bu pərdə, könlüm.
Ağla gözün dolunca,Saralınca, solunca.Namərdə xan olunca,Qul ol bir mərdə, könlüm.2005, fevral
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-konlum-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünən bir ili də qoyduq arxada,Dünən şəhidlərin iliydi, qardaş!
Güllə dəydiAllah! Sən özün yetiş hayıma, harayıma,Mülkümə, sərvətimə, varıma güllə dəydi!
Azərbaycan türkünün qanı tökülür bu günEşit məni Atilla, Alp Arslan, qalx məzardan,Qurtar xalqı zülümdən, qurtar milləti dardan.
Şair, bu gün şeirini evdə yox, səngərdə yazYapılan cinayətin çək üzünə şilləni,Qurulan xəyanətin vur gözünə gülləni.
Başqa şairlərin şeirləri
Yanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
Təkbuynuzlular söylənciÇox yaşayıb, çox qocalıbYaranışla yer çevrəsi,
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram