Ağrıya heykəldi, dərdə abidə,Bu ağrı daşları, azar daşları.

Yazda yağış döyər, qışda qar basar,Pozar naxışları, pozar daşları.

Hər gələn oxuyar adı, soyadı,Hərə bir tərəfə yozar daşları.

Zaman itirsə də tozanağında,Ustalar vurhavur yazar daşları.

Daşyonan qiyməti bahalaşdırıb,Həmişə dəbdədi bazar daşları.

Ömrün son ünvanı, son nişangahı,Baxar bir-birinə məzar daşları.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri