Ucalığı, insanlığı insanın,Ləyaqətdə, abırdadı, abırda.

Yaradana yaxınlığın yolları,Dözümdədi, səbirdədi, səbirdə.

Həyat səndən güc-hərəkət istəyir,Sükut ancaq qəbirdədi, qəbirdə.

Arxalansan, tək olana arxalan,Hər nə varsa, o Birdədi, o Birdə!

2004, 12 oktyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm

Gəlin

Gecə-gündüz istəyirəm mən səni,Hamı dünyanın malınca gəlin.

Əli1 dəq
Axır çərşənbə duası

İlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!

Mirzə Əli Möcüz6 dəq
Məhəmməd Hadiyə

«Ey ol vaxtı görən məsud, unutma bizləri yad et,…Məzarım üzrə gəl, dur qəmli-qəmli ağla, fəryad et».

Fikrət Sadıq1 dəq
Olursa Misir, Rum, Çin sənin, ancaq

Bil ki, bütün dünya sənin olacaq.

Məhsəti GəncəviRübailər, 461 dəq