Götürdüm
Bir “İldırım” şeiri yazdım Qabalda,Mayasını ildırımdan götürdüm.Şimşək vurub dağıtmışdı torpağa,Hər sətrini bir şırımdan götürdüm.
Görünmürdü göy üzünün günəşi,Buludlarla özüm tutdum güləşi.Ürəyimdə alovlanan atəşi,Bir çınqıdan, bir qırımdan götürdüm.
Qara yelə pay vermədim tükümü,Palıd kimi dağa atdım kökümü.Şeir adlı barxanamı, yükümüUçurumdan, sıldırımdan götürdüm.
2006, oktyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-goturdum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Özüm dərdəm, adım dərdnən adaşdı,Ağlamaqnan bağrım yaman badaşdı.
Bəhlul zəlimxanoğlunaArzular qarşısında neçə qat divar durur,Sən ki o divarların sərtliyindən halısan.
Günay zəlimxanqızınaGöynən gedən buludlar,*Niyə danışmırsınız?*
Haqqı axtar-axtaraHaqqı axtaranlar gəlsin yanıma,*Haqqın, ədalətin əsasıyam mən.*
Başqa şairlərin şeirləri
Aləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Gecə düşüncəsiXoşladığım bir gecə, yerlər, göylər işıqlı,Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.